Dr.Məharət Rzayev
QANAZLIĞI (ANEMIYA)
Qanın
tərkibindəki eritrositlər içlərində olan hemoqlobin
sayəsində toxumalara və hüceyrələrə oksigen
daşıyırlar. Hemoglobin eyni zamanda qana qırmızı rəngini də
verən maddədir. 1 gram hemoglobin 1.4 ml oksigen daşıyır. Normal
zamanda qanda 13-15 gram/100 ml hemoglobin olur. Eritrositlerin ömürləri 4
aya yaxındır. Böyrəklərimizdən ifraz edilən eritropoetin
adlı hormon, sümük iliyine təsir edərək eritrositlərin
hazırlanmasına səbəb olur.
Qansızlıq
(anemiya), qan hemoglobin səviyyəsində və ya eritrosit
miqdarında azalma və bunun nəticəsində ortaya çıxan
əlamətşlərdir. Əksər hallarda başqa bir
xəstəliyin səbəb olduğu bir haldır. Ona görə də
sadəcə anemiya ifadəsindən çox dəmir əksikliyi
anemiyası, ağdəniz anemiyası kimi səbəb olan xəstəlik
adı da olan terminlər istifadə edilir.
Xəstədəki
şikayətlər və əlamətlər toxuma və
hüceyrələrə yetərli olmayan oksigen daşınması ilə
əlaqədar ortaya çıxır. Anemiyalı xəstələrdə
yorğunluq, zəif ürək döyünməsi ve təngnəfəslik
inkişaf edə bilər. Şiddətli anemiyada isə bütün bu əlamətlər
sakit vəziyyətdə də olur və qulaq cingiltisi, baş
dönməsi, baş ağrısı, yuxusuzluq, iştahsızlıq, arıqlama, menstruasiya
qanamalarında düzensizlik və ya çoxluğu, amenoreya (menstruasiya olmama)
və gücsüzlük kimi əlamətlər ortaya çıxa bilər.
Anemiyanın ən çox rastlanan əlamətlərindən ürək
döyünməsi, anemiya nəticəsində toxumalarda ortaya çıxan
oksigen alcığını ortadan qaldırmaq üçün ürəyin atma sürətinin və
hər yığılmada qovduğu qan miqdarını artırdığı üçün ortaya çıxır. Buna
baxmayaraq toxumalara lazım olduğu qədər oksigen getmirsə
tənəffüs sayının artması və təngnəfəslik ortaya
çıxır. Anemiyada ən çox ortaya çıxan əlamətlərdən biri
də dərinin solğunluğudur. Anemiyanın şiddətinə görə,
ağız ve göz kapağı içindəki dəridə ilk olaraq hiss edilə
bilən solğunluq anemiya artdıqca ovuc içində, dırnaq altında və
dəridə açıq görünür. Anemiya səbəbinə bağlı olaraq
fərqli əlamətlər ortaya çıxa bilər.
Laboratoriya Analizləri
- Eritrosit miqdarı (kişilərdə: 4.5-6.0 milyon)-(qadınlarda: 4.0-5.5
milyon)ədəd/ml
- Hemoglobin (kişi: 14-18)-(qadın: 12-16)gr/dl
- Hematokrit (kişi: 41-51)-(qadın: 37-47)%
- MCV (Mean Corpuscular Volume); (87 ± 7 fl). Eritrositlərin ortalama
həcmi. Buna görə anemiya, mikrositar, normositar ve makrositar olarak
klassifikasiya edilir.
- MCH (Mean Corpuscular Hemoglobin); (29 ± 2 pg). Eritrositlərdə olan
orta hesabla hemoglobin miqdarıdır.
- MCHC (Mean Corpuscular Hemoglobin Concentration); (34 ± 2 gr/dL). Bir
eritrositdə olan ortalama hemoglobin konsentrasiyasıdır.
- Qanda dəmir miqdarı, cəmi dəmir birləşdirmə
qabiliyyəti, fol turşusu, ferritin, vitamin B12 səviyyələri
diaqnoz üçün lazım olduğu zaman analiz edilməlidir.
Anemiya səbəbləri
- Qan
itirmə,
- Eritrositlərin normadan artıq ölümü,
- Qurğuşun və digər toksik maddələrlə olan
zəhərlənmələr,
- Globulin sintezinin pozulması,
- Glikoliz və ya hüceyrə membranı pozuqluqları,
- Bəzi infeksiyalar,
- Dalağın çox işləməsi,
- Bəzi dərmanlar,
- Yetərsiz eritrosit yaranması
- Təməl maddələrin əksikliyi (dəmir, fol turşusu,
B12 vitamini, zülal, niasin, mis vs.)
- Xronik xəstəliklər (Xronik böyrək xəstəliyi,
sirroz)
- Sümük iliyinin digər hüceyrələr tərəfindən
işğal olması (leykoz, limfoma, multipl mieloma)
- Endokrin xəstəliklər (Miksodema, hipofiz çatmazlığı, adrenal
çatmazlıq)
Müalicə
Altda yatan
səbəbə görə müalicə edilir. Məsələn:
dəmir çatmazlığı anemiyasında dəmir preparatları verilir, qan
itirməyə bağlı olan anemiyalarda qanama yeri müalicə edilir.