Dr.
Məharət Rzayev
Sibir Xorası (Qara Yara) Xəstəliyi
(Anthrax) və
Qorunma Tədbirləri.
Sibir Xorası (Qara
Yara) xəstəliyi
sporlu
bir bakteriya olan Bacillus anthracis-in səbəb olduğu, kəskin
yoluxucu bir xəstəlikdir. Əksəriyyətlə heyvanlarda görülür və insanlara
xəstə heyvanlarla təmas nəticəsində yoluxur.
Etiologiya
Xəstəliyin
törədicisi Bacillus anthracis sporyaradan,
hərəkətsiz, qrammüsbət basillərdir. İki forması:
kapsul və spor formaları vardır. Mikrobun patogenliyi kapsul və
termolabil ekzotoksinlə əlaqədardır. Ekzotoksin infeksiyon
prosesdə əsas rol oynayır.
Epidemiologiya
Xəstəlik
ən çox kənd təsərrüfatı ilə məşğul olan
bölgələrdəki insanlarda görülür. Bu bölgələr
Cənub və Orta Amerika, Cənubi və Şərqi Afrika, Asiya
və Orta Şərqdir. Xəstəlik insanlara heyvan və
infektə heyvan məhsulları ilə birbaşa təmasla yoluxur.
Ot yeyən
heyvanlarda çox böyük epizootiyalar ortaya çıxardığı bildirilmişdir. 1945-ci
ildə İranda bir epizootiya zamanı təxminən 1 milyon qoyun
ölmüşdür.
Xəstəliyin
dəri forması daha çox görülür (bütün xəstələrin 95%-i).
Belə ki, bu forma ilə hər
il təgribən 2000 xəstə olduğu bildirilməkdədir . ABŞ-da
1944-1994-cü illər arasında 224 xəstə olduğu (hamısı dəri
forması ilə) bildirilməkdədir.
Bildirilən
ən böyük epidemiya 1979-1985-ci illərdə 10.000-dən artıq
insanın xəstələndiyi (demək olar ki hamısı dəri
forması ilə) Zimbabvedə olmuşdur.
Yoluxma
Sibir xorası
xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı
çox dayanıqlıdır. Belə ki, on illərlə patogenliklərini
qoruya bilirlər. Ancaq vegetativ forması (kapsul) istiyə və
kimyəvi maddələrə dayanıqsızdır, 550C-də 40
dəqiqə , 600C-də 15 dəqiqə sonra və
qaynadılma anında patogenliyini itirir. Dezinfeksiyaedici maddələr
də bir nəçə dəqiqədə bakteriyaları oldürmək
üçün kifayətdir.
Xəstəlik insanlara infektə
heyvanlardan birbaşa və yaxud dolaylı yolla: əksər hallarda
dəridən, nadir hallarda həzm sistemi və tənəffüs
sistemi vasitəsiylə yoluxur. Bir sistem şəklinde birləşdirmek
istərsək, yoluxma;
1. Heyvandakı
yaraya toxunmaqla dəridəki cızıq və sıyrıqlardan,
2. Xəstə
heyvanın ətinin yeyilməsi ilə həzm sistemindən,
3. Sibir xorası
xəstəliyinin törədicisinin olduğu havada tənəffus
sisteminden olur.
İnsandan insana
yoluxma mümkün deyildir.
Yoluxma
mənbələrinə isə bu şəkildə
sistemləşdirilə bilər.
1.Sənaye-heyvanlardan
əldən edilən yun, dəri vəya ətlərin
sənayedə emalı nəticəsində,
2.Kənd
təsərrüfatı-xüsusilə heyvandarlıqda işləyən
şəxslərdə iş zamanı heyvanın yarasına toxunmaqla.
İnfektə edici
doza İD50 (sporlar olan hava ilə tənəffüs edən insanların
50%-inin xəstələnməsinə səbəb olan bakteriya
miqdarı) təxminən 10.000 spor olaraq göstərilir.
Xəstəliyin
inkubasiya dövrü dəri formasında 3-7 gün, ağciyər formasında 1-6 gün,
gastrointestinal formasında ise 1-7 gündür. Tənəffüs edilən
mikrob miqdarıyla əlaqədar olaraq ağciyər formasının inkubasiya
dövrü 60 günə qədər uzana bilər.
Simptomları
Simptomlar yoluxma
yoluna bağlı olaraq fərqli şəkildə ortaya çıxır.
Xəstəliyin 3 forması mövcuddur.
1. Dəri
forması: Ən çox
rastlanılan (95%) formadır. Heyvanın infektə orqanları (dəri, yun,
ət) ilə dərinin sıyrıq və cızıqlarından yoluxma ilə
ortaya çıxır. Daha çox əl, qol, boyun və üz
nahiyələrində görülür.
Dəri
infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq,
qaşıntılı bir şişlik olaraq başlayır. Ancaq 1-2 gün içərisində bir
vezikula ortaya çıxır. Daha sonra ağrısız,1-3 cm böyüklüyündə, ortasında
xarakteristik qara nekroz sahəsi olan xoraya çevrilir (şəkil 1
və 2). Yaxın limfa düyünlərində şişkinlik və infeksiya
yerinde ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq qopub
tökülür və yerində qalıcı bir iz saxlayır.
Qanlı ekssudatda
mikroskopla baxarkən çox az hüceyrə, bir neçə limfosit və
eritrosit və çoxlu bakteriya görünür.
Xəstəlik
müalicə edilməzsə 20% ölümlə nəticələnir.
Ancaq antibiotiklə müalicə edildiyi zaman ölüm nadirdir.
2. Ağciyər forması: İlk simptomları
soyuq dəyməyə oxşayır. Zəyiflik, yorğunluq şəklinde
başlayır. Sonra qızdırma (39-400C), öksürük, taxikardiya, sianoz,
nəfəs almada çətinliklər ortaya çıxır.
Ağciyər
forması əksər hallarda (97%) ölümlə nəticələnir.
Bunun üçün də Sibir Xorası törədicisi bakterioloji silah olaraq
istifadə oluna bilər və çox təhlükəlidir.
3. Gastrointestinal forma:
İnfektə
heyvanın ətinin tam bişmemiş veya çiy şəkildə yeyilmesi
nəticəsində yoluxur. Həzm sistemində
xəstəlik orofaringeal və bağırsaq forması şəklində
görülür.
İlk
əlamətləri ürək bulanması, qusma, iştahsızlık və
qızdırmadır. Sonra qarın ağrısı, qanqusma və ağır ishal olaraq davam edir
və çox zaman (25-60% hallarda) ölümlə nəticələnir.
Müalicə
Sibir xorası
antibiotiklərlə müalicə edilir. Bunun üçün penisillin grupu
antibiotiklər istifadə olunur. Penisillinə həssaslığı olan
insanlarda siprofloksasin və ya tetrasiklin istifadə oluna
bilər. Dəri formasında yaraya toxunmamaq çox
əhəmiyyətlidir. İkincil infeksiyaların qarşısını almaq üçün yara
üzərinə 0,1% rivanol məlhəmi sürülə bilər.
Müalicə 5-7
gün 8.000.000 BVx2 penisillinlə aparılır.
Bacillus anthracis mikrobu
təbii olaraq sulfamethoksazol, trimethoprin, cefuroxime, cefotoxime-Na,
aztreonam və ceftazidim antibiotiklərinə qarşı dirəncli
olduğu üçün bu antibiotiklər qorunmada və müalicədə
qətiyyən istifadə olunmamalıdır.
Qorunma
İnfeksiyanın insandan
insana keçməsi normal şəraitdə mümkün deyildir. Bunun üçün
də xəstəlikdən qorunmanın ən yaxşı yolu
xəstə heyvanların infektə orqanlarına toxunmamaq, baytar
nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy
yeməmək və ya tam bişmiş halda yemək
xəstəlikdən qorunmaq üçün çox vacibdir.
Xəstəliyin
çox görüldüyü və heyvan sürülərinin peyvəndlənmədiyi
vəya peyvəndləmənin bütün heyvanları əhatə
etmədiyi ölkələrdə heyvan məhsulları ilə
təmas edilməməli və baytar nəzarəti altında
kəsilməmiş ətlər istifadə edilməməlidir.
Xəstəlikdən
qorunmaq üçün Bioport firması (Lansinq, Miçiqan) tərəfindən
hazırlanmış,1970-ci ildə sertifikat almış və bu tarixdən
etibarən istehsal edilən Sibir Xorası İnaktiv peyvəndi vardır.
Mütləq
peyvənd olmaları vacib olan insanlar aşağıdakı şəkildə
göstərilə bilər:
1. Labaratoriyada
bilavasitə mikroorqanizmlə işləyənlər,
2. İdxal edilmiş
heyvan dərisi və ya yunları ilə qoruyucu geyim istifadə
edilmədən işləyənlər,
3.
Xəstəliyin enzootik və endemik olduğu zonalarda potensial
infektə heyvan və ya heyvan məhsulları ilə
əlaqəli işlərlə məşğul olanlar,
4. Bakteriyaya
məruz qalma riski yüksək və bioloji silah olaraq istifadə
edilməsi mümkün olan bölgələrə göndərilən
hərbi heyət.
Peyvəndləmə
2 həftə ara ilə 3 dəfə vaksinin dəri altına
yeridilməsi və 6-cı, 12-ci, 18-ci aylarda revaksinasiyalardan
ibarətdir. Daha sonralar ildə bir dəfə revaksinasiya
məsləhət görülməkdədir.
Bir
əvvəlki Sibir Xorası peyvəndləməsində allergiyası
olduğu ortaya çıxanların və xəstəliyin dəri formasını
keçirib sağalanların peyvənd olması məsləhət deyil.
Vaksinin
hamilə qadına və bətndəki uşağa bir ziyanı olub-olmaması
haqda məlumat yoxdur. Ancaq peyvənddən sonra ortaya cıxması
mümkün olan fəsadlar xəstəlikdən daha təhlükəli
olmadığı üçün xəstələnmə ehtimalı varsa peyvənd olması
məsləhət görülür.
Peyvənddən
sonra ortaya çıxması mümkün olan fəsadlar: lokal olarak ağrı, qızarıqlıq
(10-15%), lokal şişkinlik (50%), əzələ və oynaq ağrıları
(20%), baş ağrısı(20%), qızdırma və titrəmə (5%) və ürək
bulantısıdır(5%).
Heyvanlar üçün
nəzərdə tutulmuş vaksin insanlarda qətiyyən
istifadə olunmamalıdır.
Xəstəliyə
yoluxma şübhəsi olan insanlarda qorunma tədbiri olaraq
kemoprofilaktika həyata keçirilməlidir. Bunun üçün
böyüklərdə:
Siprofloksasin 500mqx2
+amoksisillin
500mqx3 vəya doksasiklin100mqx2istifadə edile bilər.
Uşaqlarda və
hamilələrdə doksasiklin verilməsi məsləhət
görülmür.
Kemoprofilaktika
müddəti 60 gündür.
Sibir xorası
xəstəliyindən ölən insanların və heyvanların uyğun bir
şəkildə basdırılması və ya yandırılması xəstəliyin
daha geniş bir şəkildə yayılmasının qarşısını almaq üçün çox
əhəmiyyətlidir. Bunun üçün xəstəlikdən ölən
heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus)
tamponlanaraq, 2 metrə dərinliyində çuxura atılır və
üzərinə dezinfeksiya edici maddə (sönmüş əhəng vs.)
tökülür, sonra torpaqlanır.
ABŞ-da görüldüyü
kimi xəstəlik törədicisi bir məktub və ya bağlama
ilə də yayıla bilər (bakterioloji silah olaraq terror
məqsədiylə).
İçində Sibir
Xorası törədicisi olma şübhəsi olan məktub və ya bağlama
necə olur:
-Zərfin
və ya bağlamanın üzərindəki möhür və ya
göndərənin adı normal olmayan bir yerdən gəldiyi haqda
fikir yaradırsa,
-Zərfin
və ya bağlamanın üzərindəki xətt tanış deyilse,
-Zərfin
və ya bağlamanın ölçüləri ilə ağırlığı bir-birinə uyğun
gəlmirsə,
-Zərf 5
mm-dən qalındırsa,
-Zərfin
və ya bağlamanın üzərində hər hansı bir dəlik varsa,
-Normal olmayan
qoxu varsa bu zərf və ya bağlama şübhəli sayılır (4).
Açılmamış
şübhəli məktub və ya üzərində “sibir xorası”
(“anthrax”) yazılı bağlamalarla nə etmək lazımdır mövzusunda Amerika
Xəstəliklərdən Qorunma və Nəzarət
Komitəsi (CDC-Center for Disease Control) aşağıdakıları
məsləhət görür:
-Zərfi
silkələməyin və açmayın,
-Zərfi
plastik bir torbaya ya da axıtmayan və sızdırmayan bir qaba qoyun,
-Əgər
torba və ya qab yoxdursa zərfi bir şeylə (kağız, parça, örtü)
örtün,
-Otaqdan çıxın,
qapısını möhkəm bağlayın və başqalarının içəri
girməsinə mane olun,
-Əllərinizi
su və sabunla yuyun,
-Əlaqədar
orqan və təşkilatlara vəziyyəti xəbər verin.