Ana səhifəyə dönüş

Dr.Məharət Rzayev.

 

SİQARET HAQQINDA BİLDİKLƏRİMİZ VƏ...

 

SİQARET DÜNYASI.

Əhalisinin təxminən 6 milyardı kecdiyi yerkürəsində tütün sektoru ən böyük sənaye olmağa davam edir. İllik sigaret istehsalından hər birimizə təxminən 1000 qutu siqaret düşür.  Qısaca, sigaret satışı, sektora təxminən  200 milyard dollar gəlir gətirir və pulu bölüşdürən siqaret şirkətleri günü günden böyüyür.

 Ancaq, bu ekonomik fəaliyyət dünyanın zənginləşməsinə heç də yardım etmir. 1993-cü ildə Dünya Bankı siqaretet səbəbli xəstəliklərin maddi nəticələrini, bu xəstəliklər üzündən ortaya çıxan işgücü qabiliyyətinin itirilməsini, yanqın ziyanlarını və siqaretə xərclənən pul miqdarını hesablayaraq bunların dünya iqtisadiyyatına 200 milyard dollar ziyan vurduğunu ortaya qoydu. 

Dünyada ən çox sigaret  tükətən ölkə, kişilərin 60 %-inin, qadınların ise 8%-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə  385 milyon sigaret çəkən yaşayır. Buna bağlı olaraq hər il sadece Çinde 750.000 insan sigaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir.

Dünyada hər il 4 milyon insan sigaret çəkdiyi üçün həyatını itirməkdədir. Əgər, lazımi tədbirlər alınmasa bu miqdar 20 il sonra 10 milyona çatacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST, World Health Organization-WHO) dünyada ən büyük sağlamlıq probleminin sigaret olduğunu elan etmişdir.

 

SİGARET BAZARI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) verdiyi rəqəmlərə görə dünyada hər on üç saniyədə bir insan sigaret üzündən həyatını itirir və bu rəqəmə ölmədən əvvəl illərlə əziyyət çəkən insanlar daxil deyil.

ABŞ, Kanada ya da Avropa Birliyi kimi ölkələrdə dövlət bu div sənayeni əzmişdir və hər gün sigareti tərgidənlərin sayı artmaqdadır. Bu ölkələrdə, sigaret reklamları gadağan olunmuşdur əleyhlərinə açılan yüksek maddi təzminat məhkəmələri siqaret istehsalcılarının belini qırmağa davam edir.

Bütün bu səbəblər tütün şirkətlerini inkişaf etməkdə olan ölkələrə yönləndirir. Çünki bu ölkələrdə qanunlar yetərsizdir və olanlar da inkişaf etmiş ölkələrdəki kimi sərt bir şəkildə həyata keçirilmir. Təəssüf ki dünya əhalisinin 60%-i  Asiya qitəsində yaşayır və bu siqaret istehsalçıları bazar tapmaqda çətinlik çəkmirlər.

Asiyada xeyli kafe, bar ya da buna bənzər yerlər sigaret firmaları tərəfindən dekore edilir, təşviq edici afişalar asılır, insanları siqaretə adət etdirmək üçün pulsuz siqaret belə dağıdılır.

 

Sigaret və Pul

Sigaret mövzusunda əsas rolu pul oynayır. Tütün firmalar kimi ölkələrin də cox əhəmiyyətli vergi mənbəsidir. Az inkişaf etmiş ölkələrdə sigaretdən alınan vergi, inkişaf etmiş ölkələrinkindən daha coxdur. Bu ölkələrdəki insanlar üçün siqaret istehlakının nəticəsi də o qədər pisdir. İngiltərə Səhiyyə Nazirliyinin açıqlamasına görə:

Ø    Ø      1974-1994 illəri arasında Birinci Dünya Ölkələrində siqaret istehlakı 10% azalırkən,

Ø    Ø      Az inkişaf etmiş ölkələrdə sigaret tükətimi 67% artmışdır.

Ø    Ø      2030-cu ilde siqaretlə əlaqəli ölümlər 600% artacaq, yəni hazırda 1 milyondan 7 milyona çıxacaq. 

 

Dünya Mübarizə edir.

1999-cu ilin May ayında Cenevrədə, 50 ölkə tərəfindən imzalanan “Tütün Kontrolu Müqaviləsi Proyekti”, ÜST-nin tütün istifadəsi ilə mübarizəsini dəstəkləyən ilk dövlətlər arası saziş olmuşdur. 

Bu müqavilə tütün reklamları, promosyonları ilə birlikdə  tütün istehsalı, qaçaqçılığı, vergisi və tütündən hazırlanan məhsullar mövzusunda maddələrdən ibarətdir. ÜST ilə bərabər bu proyektin müqaviləyə çevrilməsi üçün  çalışan digər organizasiyalar bunlardır: Xərçəng Birliği, Beynəlxalq İnkişaf Araşdırma Mərkəzi, Beynəlxalq Tütün və Sağlamlıq Agentliyi, Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri Birliyi, Beynəlxalq İstehlakçılar Birlikləri Təşkilatı.

 

Tütünə bağlılıq səviyyəsi nə qədərdir?

Bu suala verilə biləcək ən qısa cevap "geroinden daha cox asılılıq ortaya cıxarır” . Sigaretdəki nikotin, ciddi asıılığa səbəb olan bir maddədir, insanları cox vaxt  yeniyetməlik dövründə özünə əsir edir.

İnsanlar sigaretə gənç yaşlarda başlayır ancaq yaşlandıqça onu tərgitmək çətinləşir. Yeniyetməlik dövründə siqaretə başlayan uşaqlar ömür boyu siqaret çəkmə riski altındadırlar.

Gənçlərin 1/3-i sigaretin “dadına baxırlar” və bunların yarısı sigaretdən asılı olma riski daşıyırlar. Təəssüf ki, həyatındakı ilk iki sigaretini tamamen çəkib qurtaran gənçlərin 85%-i siqaretdən asılı vəziyyətə düşməkdədir. Qısaca bir dəfə başlayınca bir daha çətin tərgidilən bu qorxunc alışqanlıq hər il gedərək artan miqdarda can almağa davam edir. 

 

NİYƏ ÇƏKMƏYƏ DAVAM EDİRLƏR?

Siqaret çəkənlərin çox zaman düşündükləri yanlış fikirlər

 

Sinirlərimi Sakitləşdirir :  Siqaret çəkmək yerinə dərindən bir neçə dəfə nəfəs almanız və ya qurtum-qurtum bir stəkan su içməniz daha təsirli olacaqdır. Və üstəgəl ağciyərləriniz daha sağlam olacaq.

Məni Canlandırır : Sabah bir siqaret çəkmək bəlkə də yuxunuzun qaçmasına kömək edə bilər ancaq eyni işi soyuq su ilə əl-uz yumaq və ya 5 dəqiqə idman etmək daha yaxsi görə bilir. Üstəgəl tez yaşlanmanızın da qarşısını alır.

Sıxıntılarımı aparır : Birini gözlərkən sizin zamanınızın keçməsi üçün bir siqaret yandırmanız bəlkə də biraz sıxıntılarınızı aparır. Ancaq bunu qəzet, jurnal və ya kitab oxuyaraq, meyvə və ya çərəz yeyərək də edə bilərsiniz, üstəlik xərçəng xəstəliyinə yaxalanma riskiniz artmadan.

Düşünməmə Yardım Edir : Əgər siqaret çəkməsəniz daha yaxşı düşünərdiniz. Çünki hər nəfəs siqaret təxminən 100.000 beyin hüceyrəsini öldürür.

Kökəlməmə Mane Olur: Unutmayın; alacağınız bir neçə kilo bəlkə sağlamlığınız üçün lazımsız ola bilər, ancaq sigaret sizi sürətlə ölümə aparır.

Sigaretdən zövq alıram ya da sigareti sevirəm: Unutmayın: Sigaret zövq alınacaq, seviləcək bir şey əsla deyil. Bir insanın quru, üstəlik zəhərli bir otu sevmək çox mənasız bir davranışdır. Sigaret zövq deyil, olsa-olsa əziyyət verir. İnsana dost deyil düşməndir.

 

Niyə Tərgitmək istəyirlər?

Aşağıda siqareti tərgidənlərin tərgitmə səbəbləri yazılmışdır:

1) Sağlamlığıma əhəmiyyət verdiyim üçün
2) Həyatımda müsbət dəyişikliklər etmək üçün
3) Damarlarımdakı daralmaya mane olmaq üçün
4) Nəfəa-nəfəsə qalmamaq üçün
5) Xərçəng olmamaq üçün
6) İnfarkt keçirməmək üçün
7) Nəfəsimin pis qoxumaması üçün
8) Üstümün başımın pis qoxumaması üçün
9) Ətrafımdakıların sağlamlığını qorumaq üçün
10) Ətrafımdakıları narahat etməmək üçün
11) Özümə olan hörmətimi artırmaq üçün
12) İbtidai bir davranışdan qurtulmaq üçün
13) Özümə güvənimi qazanabilmek üçün
14) Uşaqlarıma nümunə olmaq üçün
15) Nəvələrimə nümunə olmaq üçün
16) Tələbələrimə nümunə olmaq üçün
17) Uşağımın xətrini qırmamaq üçün
18) Pulumu israf etməmək üçün
19) Həyat yoldaşıma daha çox işkəncə çəkdirməmək üçün
20) Rahat yerimək üçün
21) Rahat yatmaq üçün
22) Rahat pilləkan çıxmaq üçün
23) Sigaret sağlamlığımı ciddi şekilde təhdid etdiyi üçün
24) Həkimimə gedərkən utanmamaq üçün
25) İnsanlarla rahatca öpüşə bilmək üçün
26) Sürətlə yaşlanmamı durdurmaq üçün
27) Sərbəst olmaq üçün
28) Daha rahat nəfəs almaq üçün
29) Yeməklərdən daha yaxşı dad almaq üçün
30) Daha yaxşı iy hiss etmək üçün
31) Daha cox zəhər tənəffüs etməmək üçün
32) Özümlə fəxr etmək üçün
33) Özüme yaraşdırmıram
34) Sigaretdən diksindiyim üçün
Bunların sayını coxalda bilərik. Hər halda sizin də siqareti tərgitmək üçün özünüzə məxsus səbəbiniz vardır.

 

SİGARETİN İÇİNDEKİ ZƏHƏRLİ MADDƏLƏR

SİGARETDƏ NEÇƏ ZƏHƏR VAR?

Sigaretdə olan zəhərlərdən bir neçəsi:

Ø    Ø      Polonium - 210 (kanserogen),

Ø    Ø      Radon (radiasiya),

Ø    Ø      Metanol (raket yanacağı),

Ø    Ø      Toluen (zəhər),

Ø    Ø      Kadmiyum (akumulyator metalı),

Ø    Ø      Butan (Balon gazı),

Ø    Ø      DDT (böcək öldürücü),

Ø    Ø      Hidrogen Sianid (gaz kameraları zəhəri),

Ø    Ø      Aseton (lak silen),

Ø    Ø      Naftalin (güve qovucu),

Ø    Ø      Arsen (siçan zəhəri),

Ø    Ø      Amonyak (tualet təmizleyicisi) ,

Ø    Ø      Karbon (Monoksid gazı),

Ø    Ø      Nikotin

Ø    Ø      və 3.885 toksik maddə.

Ø    Ø      Son olaraq ciyərlərimizdə meydana gələn  qatran (asfalt).


SİGARETİN ZƏRƏRLƏRİ

Artık hamı sigaretin ne qədər zərərli olduğunu bilir. Tütünün kanserogen olduğunu eşitməyən bilməyən qalmadı. Ancaq, sigaretin zərərləri bununla qurtarmır, hər çeşidürək və ağciyər xəstəliyinə yol açır, damar tıxanıqlığı iflicə qədər apara bilir.

 

İlk nəfəs... və sonrası

Siqaret çekdiyiniz anda, organizmanıza təsir etməyə başlayır. Nəbziniz yüksəlir, daha sürətlə nəfəs alıb verməyə başlayırsınız. Qan dövranınız yavaşlayır. Siqaretin içinde təxminən 3.700 zəhərli madde vardır. Bunların böyük bir miqdarı kanserogen maddələrdir. En zərərliləri da karbon monoksi (CO), hidrogen siyanid (HCn) və amonyakdır (NH4) və bu zəhərli kimyəvi maddələr, bir nəfəs siqaretlə qan dövranımıza qarışır. Bunun nəticəsində, astma, ciğer yangısı, köks qəfəsində  ağrılar başlar. Daha tez-tez nəzlə, grip və soyuqdəymə keçirməyə başlarsınız.

Hər on üç saniyədə bir insan, siqaretə bağlı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada 2.500.000 insan siqaret üzündən həyatını itirməkdədir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci əhəmiyyətli səbəb ürək xəstəlikləri və digər xərcəng növləridir.

İnsan vücudunda, heç bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən payını almasın. Vücutda qısa bir gəzinmə ilə siqaret cəkən adamın organizmasının nə halda olduğunu sizə gostereceyəm:

 

Baş və Üz

Bir siqaret çəkən olaraq, ağız xərçəngine yaxalanma riski çok yüksəkdir. Bundan başqa  tütün dumanı diş əti xəstəliklərinə yol açır, diş çürümesine və nəfəsinizdən pisiy gəlməsinə səbəb olur. Beyinə gedən oksigendə azalma olur, bu da beyin damarlarının daralmasına səbəb olur. Bu vəziyyət insanı iflicə qədər aparıb çıxara bilər.

 

Ağciyər və Bronxlar

Tənəffüs borunuzdan və bronxlarınızdan keçən duman ağciyərlərinizə enər. Siqaret dumanındakı hidrogen siyanid, bronxlarınızın divarını yandıraır və xronik öksürük ortaya cıxır. Bronxlar zəiflədikcə, bu bölgede xeyli xəstəlik ortaya çıxır. Siqaret çəkənlər çəkməyənlərə görə on qat daha çox ağciyər xərçəngi olma riski daşıyırlar.


Ürək

Siqaretinn ürəyə verdiyi ziyanlar tək kəlməylə yıxıcıdır. Nikotin qan təzyiqini yükseldir və qanın daha sürətlə laxtalanmasına səbəb olur. Siqaretdə olan karbon monoksidin qandakı oksigeni yox etməsi ile damarlarda xolesterol depolanır və bu da Miokard infarktı riskini artırır. Bundan başqa qan dövranı pozukluqlarına bağlı olaraq iflic, barmaqlarda qanqrena və gücsüzlük, siqaret çəkənlərdə   çox sıx görülən xəstəliklərdir..

 

Digər Organlar

Siqaretin həzm sisteminq xeyli çox pis təsiri bilinməkdədir. Siqaret tükətiminə bağlı olaraq, mədəde xlorid turşusu ifrazı artır, mədə yanmaları və xora başlayır. Siqaret çəkənlərdə pankreas xərçəngi çox sıx ortaya çıxır, böyük ölçüdə ölümlə nəticələnir. Siqaretin içində olan kanserogen maddələr, sidiklə orqanizmdən atılır, ancaq bu maddələrin vücudda olması sidik kisəsi xərçənginə yol açır. Siqaret üzünden ortaya çıxan yüksək qan təzyiqi isə böyrəklərə böyik ziyan vurur.

 

Nəticə.

Siqaretnın sağlamlıq üzerindəki ziyanı araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalara görə, siqaret çəkən kişilərin 40 %-i hələ təqaüd yaşına gəlmədən həyatını itirməkdədir. Bu nisbət siqaret çəkməyənlərdə 18%-dir. Siqaret çəkən qadınlarda isə uşaqlıq (uterus) xərçəngi riski çoxalmakdadır, hamilə qadınların siqaret çəkməsi isə şikəst və ölü doğumlarla nəticələnməkdədir. 

Bütün bunlara baxmayaraq siqareti tərgitdiyiniz anda vücud özünü təmir etməyə başlayır. On il içində vücud heç siqaret çəkməmiş kimi olur. Ancaq, siqareti targitmək üçün xərçəng və ya ürək xəstəsi olmağı gözləsəniz vücudunuzun özünü təmir etməsi üçün yetərli vaxtı olmayacaqdır. Təəssüf ki, bu xəstəliklər cox öldürücüdür. Siqareti tərgitmək üçün bundan daha yaxşı bir səbəb ola bilməz.

 

SİQARETİN PSİXOLOJİ TƏSİRLƏRİ

Siqaret çəkənlər siqaret çəkmə istəklərini çox vaxt belə açıqlayır:

- Gərgin olduğum zaman çəkirəm.
- Diqqətimi toplamaq üçün çəkirəm.
- Sıxıldığım zaman çəkirəm.
- Qəmgin olduğum zaman çəkirəm.
- Əsəbi olduğum zaman sakitləşmək üçün çəkirəm.

Yalnız bir siqaret bu qədər çox şey verə bilərmi? Bu sualın cavabı siqaretin içindəki kimyəvi maddələrin psixoloji təsirində yatır:

 

Nikotin - Güçlü Bir qıcıqlandırıcıdır

Nikotin; kokain ya da amfitemin qədər güclü və onlara bənzər bir qıcıqlandırıcıdır. İnsana davamlı olaraq siqaret çəkmə istəyi verən şey de odur. Nikotin siqaret çəkən insanı qıcıqlandırır, ürəkdöyünməyə, yüksek təzyiqə, insanın tənəffüsünün sürətlənməsinə səbəb olur. Təəssüf  ki, bu təsirlər 20 dəqiqə sonra itir və siqaret çəkən adam yeni bir siqaret çəkmək istəyir.

Karbon-Monoksid və digər Sakitləşdiricilər

Həm siqaret tüstüsündə hem de alkoqolda bəzi sakitləşdirici maddələr vardır. Siqaretdə olan karbon monoksid, insanı sərsəmləşdirir. Bu kimyəvi maddələr, qısa bir müddet gərginliyi, əsəbiliyi və digər hissləri azaldır.

 

PASSİV SİQARET ÇƏKMƏ, AKTİV ZİYAN

Siqaret tüstüsünün ziyanları saymaqla qurtarmaz və sadəcə siqaret çəkənlər üçün deyil çəkməyənlər üçün de çok zərərlidir. Siqaret ya da siqar çəkən bir insanın yanında duran insan həm yanan tütünlə, həm də siqaret çəkən insanın çole verdiyi tüstüylə tənəffüs edir və olduqca böyük zərər görür.

Hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərərlər nəticəsində xəstələnərək, həyatını itirməkdədir.

 

Zəhərli Duman

Passiv siqaret çəkənlər, siqaret çəkən insanların yanında duraraq 3.700 çeşid kimyəvi qazdan zərər görməkdəedirlər. Bunların büyük bir qismi zəhərlidir, geriyə qalan qismi də kanserogen benzopyren və formaldehyd qazlarıdır.

Siqaret dumanına ne qədər çox məruz qalsanız, Miokard İnfarktı keçirmə və ağciyər xərçəngi olma riskiniz o qədər artar.

 

Risk Altındakı körpələr və üşaqlar

Təəssüf ki, uşaqlar üçün risk çox daha ciddidir. Çünki, ağciyərləri hələ inkişaf etməkdədir və onlar böyüklərdən daha çox və sürətlə nəfəs alıb verirlər. Siqaret dumanına məruz qalaraq, passiv siqaret çəkən vəziyyətinə salınan uşaqlarda qulaq və burun infeksiyaları, bronxit, pnevmoniya daha cox sıxlıqla görülür.

 

HAMİLƏLİK və SİQARET

Siqareti tərgitmək üçün səbəblər saymaqla qurtarmaz. Eğer bir uşaq istəyirsinizsə ya da hamiləsinizsə, siqareti tərgitmək üçün bundan əhəmiyyətli səbəb ola bilməz. Doğulacaq körpənin sağlamlığı sizin üçün hər şeydən əhəmiyyətli olmalıdır. Bu həqiqətləri heç zaman unutmayın:

 

Siqaret və uşağın ağırlığı

Hamiləsinizsə və siqaret çəkirsinizsə, doğulmamış körpənizə də siqaret çəkdirirsiniz mənasına gəlir. Siqaret çəkən anaların uşaqları siqaret çəkməyən anaların uşaqlarına görə daha zəif doğulmaqdadır. Əgər, hamiləlik zamanı cox siqaret çəksəniz (bir qutudan cox), uşağınızın doğum ağırlığı (kilosu) daha az olacaqdır. Daha da betəri, nikotin uşağınızın inkişafı üçün lazım olan oksigeni yox edəcəkdir. Dölün inkişafı təhlükəyə girəcəkdir. Doğulan uşağın zəkasının geri olma ehtimalı de çox yüksəkdir. Məktəbə gətdiyi zaman digər usaqlar oxuma yazmağı daha tez oyrənirkən anası siqaret çəkən uşaqlar siqaret üzündən yaşıdlarından geri qalacaqdır.

 

Siqaret və Uşaq Ölümləri

Statistikaya görə, siqaret çəkən anaların düşük və ölü doğma nisbəti çəkməyənlərə görə 50% daha çoxdur. Əgər hamilə olmadan öncə siqareti tərgitsəniz bütün bu riskler dörd ay içində yox olacakdır.

 

Siqaret və Sağlamlığınız

Ana olmaq çox çətin bir işdir. Cavabdehlik hissi olmalıdır. Hər mənada sağlamığınız yerində olmalıdır. Siqaret çəkən insanlar çəkməyənlərdən daha çox xəstələnir, demək olar ki hamısında ciddi sağlamlıq problemləri ortaya çıxır. Dünyada, hər il ağciyər xərçəngindən ölən siqaret çəkən qadın miqdarı 30.000-dir. Siqareti indi tərgitsəniz uşaqlarınızla bərabər kəcirəcəyiniz illəri artıracağınızı unutmayın.

 

Siqaret və Ailə Sağlamlığı

Siqaret tüstüsü passiv siqaret çəkənlər üçün də aktiv siqaret çəkənlər kimi zərərlidir. Mövzu üşaqlar olduğu zaman vəziyyət daha vahim hal alır. Onların orqanizması daha zəifdir və hələ inkişaf dövründə olduqları üçün oksigenə, təmiz havaya olan ehtiyacları böyüklerden daha çoxdur. Mümkündürse, uşaqların yanında siqaret çəkməyin. Onları öz əllərinizlə zəhərləməyin.

 

ÖZÜNÜZÜ ALDATMAYIN!

Siqareti tərgitmə qərarı verdiyiniz zaman bunları gözönündə tutun:

v    v     Həyatınız boyu çox problemlə qarşılaşdınız və bunları öz iradənizlə həll etdiniz.

v    v     Hər gün çox şeyə döş gərirsiniz və bacarırsınız.

v    v     Öz qərarlarınızı özünüz verirsiniz, məqsədlərinizi özünüz müəyyənləşdirirsiniz. Siqaretə də özünüz başlamışdınız, unutdunuzmu?

v    v     Siz zəif xarakterli bir insan deyilsiniz. Əgər elə olsaydı, keçmişdəki cox hadisəyə dözə bilməzdiniz. Siqareti də beləcə tərgidə bilərsiniz.

v    v     Həyatınız boyu çox insana kömək etdiniz, dəstək oldunuz. Dostlarınız sizə hər zaman etibar edir. Siz cavabdehlik hissi olan bir insansınız.

v    v     Siqaret çəkmək ya da çəkməmək sizin öz seçiminizdir. Əgər həqiqətən istəmirsinizsə çəkməzsiniz.

v    v     İlk səfərdə bacarmasanız da təkrar yoxlayın mütləq bacaracaqsınız. 

UNUTMAYIN! TƏRGİDƏ BİLƏRSİNİZ!

 

SİQARETİ TƏRGİTMƏNİN İYİRMİ ASAN YOLU

1.   Özünüzə inanın və güvənin. Siqareti tərgidə biləcəyinizə inanın. Həyatınızda daha əvvəllər bacardığınız çətin işləri düşünün. Siqareti də tərgidə biləcəyinizi düşünün.

2.   Bu siyahıyı oxuduqdan sonra, təklifləri özünüzə tətbiq edin və siqareti tərgitmək üçün öz planınızı hazırlayın.

3.   Siqareti tərgitmə səbəblərinizi və tərgitdiyiniz zaman qazanacaqlarınızı yazın:
Məsələn: daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq. Siqaret çəkən hər kəs bunun zərərlərini bilir və tərgitmək istəyir, siz bunu yazılı hala gətirin və hər gün oxuyun.

4.   Ailənizdən və dostlarınızdan siqareti tərgitmə qərarınızı dəstəkləmələrini istəyin. Sizə yardımçı olmalarını ancaq qətiyyən sizi günahkar hesab etməmələri lazım olduğunu söyləyin. Siqareti tərgitdiyiniz ilk günlərdə çətinlik çəkəcəyinizi və sizə qarşı anlayışlı davranmalarını xahiş edin.

5.   Siqareti tərgitmək üçün bir gün müəyyən edin. Bu günün yeni həyatınız üçün bir başlangıc olduğunu düşünün.

6.   Siqareti tərgitmək üçün bir həkimlə məsləhətləşə bilərsiniz və onun yardım və təkliflərini ala bilərisiniz.

7.   İdmanla məşğul olmağa başlayın. Haftada 3-4 kərə, 30-40 dəqiqə idman edin.

8.   Hər gün 3-5 dəqiqə tənəffüs gimnastikası edin. Gözlərinizi yumun. Burnunuzdan dərin nəfəs alın, nəfəsinizi bir neçə saniyə tutun və çox yavaş bir şəkildə ağzınızdan verin. Nefes gimnastikasıedərkən, hər dəfə daha təmiz və daha rahat nəfəs aldığınızı görəcəksiniz.

9.   Biri sizə siqaret təklif edərsə almayın, çəkmirəm deyin. Bu sizin özünüzə olan güvəninizi artıracaqdır.

10.                Siqaret tamamən tərgidəcəyiniz günə yaxınlaşdıqca, siqaret miqdarını azaldın. Hər gün neçə ədəd siqaret çəkəcəyinizi planlaşdırın, bu rəkəmi hər gün bir dənə azaldın. Hər gün başqa bir marka siqaret alın, dünəndən qalan qutuyu atın. Siqaret qutunuzu bir başqasına verin, beləcə hər siqaret çəkmək istədiyiniz zaman ondan istəemək məcburiyyətində qalacaqsınız.

11.                Çox adam siqareti yavaş-yavaş tərgidə bilməyəcəyini, ancaq bir səfərdə tərgidə biləcəyini düşünür. Hansı metodun sizə daha uygun olduğuna qərar verin.

12.                Siqareti tərgitmək istəyən bir dostunuz varsa bərabər daha asan olacaqdır.

13.                Dişlərinizi təmizlətin və hər zaman təmiz saxlayın.

14.                Siqareti tərgitdikdən sonra özünüzü mükafatlandırın.

15.                Çox su için. Su hər mənada vücudunuz üçün faydalıdır.

16.                Siqareti ən çox nə zaman istədiyinizi düşünün və bunu yerinə xoşunuza gələn başqa bir iş görün.

17.                Əlinizdəki və ağzınızdakı boşluq hissini aparmaq üçün bir şey tapın, məsələn: su için, saqqız çiynəyin, ləbləbi yeyin vs.

18.                Siqareti tərgitmə mövzusunda düşüncələrinizi yazın. Bunu hər gün oxuyun.

19.                Yanınızda sizin üçün çok əhəmiyyətli birinin şəklini gəzdirin, bir kağıza siqareti tərgidəcəyimə söz verirəm yazın, hər siqaret istədiyiniz zaman bu şəkilə və yazıya baxın.

20.                Siqaret çəkmək istədiyiniz zaman, bir siqaret yandırmaq yerinə hisslərinizi bir gündəliye yazın. Bu gündəliyi hər zaman yanınızda gəzdirin.
MÜVƏFFƏQİYYƏTLƏR!
 


Son Sigaretinizdən...

20 Dəqiqə Sonra:

Qan təzyiqiniz düzəlir, 

Ürək döyünmələriniz normala dönür,
Əl və ayaq istiliyiniz normala dönür,

 

8 Saat Sonra:

Qanınızdakı nikotin və karbon-monoksid səviyyəsi yarıya düşür
Qanınızdakı oksigen seviyyəsi normala dönür

 

24 Saat Sonra:

Karbon-monoksid vücudunuzdan tamamilə atılır
Ağciyərləriniz sigaretin səbəb olduğu bəlğəmi təmizləməyə başlayır
Miokard İnfarktı riskiniz azalmağa başlayır

 

48 Saat Sonra:

Vücudunuzdakı nikotin tamamilə təmizlənir
İybilmə və dad hissiyatlarınızda artış olur

 

72 Saat Sonra:

Nəfəs almanız asanlaşır
Enerji seviyyəniz yüksəlir

 

2-12 Həftə Sonra:

Qan dövranınız daha sağlam bir şəkildə həyata keçməyə başlayır.
Ağciyər funksiyalarınız 30% nisbətində artır
Yerimə və qaçmanız asanlaşır

 

3-9 Ay Sonra:

Öksürük və sinədəki xırıltılarınız azalır.
Nəfəs alma problemləriniz yaxşılaşır
Ağciyərlərinizin infeksiyalara qarşı dayanıqlılığı artır.

 

1 İl Sonra: Ürək xəstəliyi riski, sigaret çəkməyə davam edən birinin daşıdığı riskin yarısına düşər.

 

5 İl Sonra: Ağız və gırtlaq xərçəngindən ölmə riskiniz azalır

 

10 İl Sonra:

Ağciyər xərçənginə yaxalanma riskiniz, sigaret çəkməyə davam edən birinin daşıdığı riskin yarısına düşər
Ürək xəstəliyi riskiniz heç sigaret çəkməmiş birinin daşıdığı risklə eyni səviyyəyə enər

15 İl Sonra İflic keçirmə və Miokard infarktı olma riskiniz heç sigaret çəkməmiş birinin daşıdığı risklə eyni səviyyəyə enər.

 

P.S. Mən özüm də tam 15 il siqaret çəkmişəm və 30 dekabr 2004-cü ildə siqareti tərgitmişəm. Çox asandır, siz də tərgidə bilərsiniz. (Məharət Rzayev)

Bu işdə sizlərə Müvəffəqiyyətlər...

 

Ana səhifəyə dönüş

 



Hosted by uCoz