Dr.Məharət Rzayev
PEYVƏNDLƏR VƏ PEYVƏNDLƏMƏ
HAQQINDA
GİRİŞ
Peyvəndlər
haqqında tarixi məlumatlar.
1100-Çində
çiçəyə qarşı peyvəndləmə haqda ilk bilgilər.
1721- Çiçəyə
qarşı peyvəndləmə Osmanlı ordusundan sonra Böyük Britaniyada tətbiq
olunur.
1796-Eduard
Cenner inək cicəyinə qarşı peyvənd kəşf etmiş və
“vaksin” sözünü istifadə etmişdir.
1798-Çiçəyə
qarşı peyvəndləmə.
1870-Lui
Paster ilk canlı vaksini (toyuq vəbası
peyvəndi) hazırlamıştır.
1884-Lui
Paster ilk canlı virus vaksinini (quduz
peyvəndi) hazırlamıştır.
1885-Paster
quduz peyvəndini ilk dəfə insanda tətbiq etmişdir.
1896-Tif,
taun və vəba peyvəndləri kəşf edildi.
1909-Smit difteriya antitoksinini inaktivə
etmeğin yolunu tapdı.
1909-Calmet
və Guerin ilk canlı bakteriya peyvəndi olan BCG-yi əldə
etti.
1923-Difteriya
peyvəndi insana tətbiq olundu.
1926-Göyöskürək
peyvəndi insana tətbiq olundu
1927-BCG
peyvəndi insana tətbiq olundu
1927-Tetanus
peyvəndi insana tətbiq olundu
1933-Goodpasture
virusların toyuq embrionunda yetişdirilməsi metodunu tapdı.
1935-Sarı
qızdırma peyvəndi insana tətbiq olundu
1936-Grip
peyvəndi kəşf edildi
1939-Gənə
ensefaliti peyvəndi kəşf edildi.
1949
-Enders və həmkarları
poliomielit virusunu kəşf etdi.
1951-Bruselyoz
peyvəndi kəşf edildi.
1954-Enders
qızılca virusunu kəşf etdi.
1955-İnaktivə
edilmiş poliomielit peyvəndi lisenziya aldı.
1957-AKDS
peyvəndi kəşf edildi.
1958- Canlı
OPV (oral poliomielit vaksini) kəşf edildi.
1961-Diploid insan hüceyrə zinciri əldə edildi.
1963-Qızılca
peyvəndi lisenziya aldı. 3 valentli OPV lisenziya aldı.
1966-ÜST çiçəyin
ləğv edilməsi programını elan etti.
1967-
Parotitə qarşı peyvəndləmə başlandı.
1970-Məxmərəyə
qarşı peyvəndləmə başlandı.
1971-Qızılca-parotit-məxmərək
3 valentli peyvəndi kəşf edildi.
1972-Meningit
peyvəndi kəşf edildi.
1976-Pnevmokokk peyvəndi kəşf edildi.
1977-Çiçekle
son təbii yoluxma.
1981-Hepatit
B’ye qarşı peyvəndləmənin başlanması.
1981-Göyösküreyeqarşı
asellularpeyvənd kəşf edildi
1984-Suçiçeyi
peyvəndi kəşf edildi.
1986-İlk
rekombinant peyvənd (Hepatit B)
lisenziya aldı.
1990-İlk polisaxarid
peyvənd lisenziya aldı (b tip hemofilus infeksiyası peyvəndi)
1991-
Uşaqlarda hepatitB peyvəndi tətbiq olunmağa başlandı.
1991-HepatitA
peyvəndi kəşf edildi.
1994-Amerikada
poliomielit ləğv edilməsi
1995-Su çiçəyi
peyvəndi lisenziya aldı.
1996-Göyösküreye
qarşı hüceyrəsiz peyvənd lisenziya aldı.
1997-Poliomielite
qarşı immunitetin ardıcıllıq sxeması məsləhət görüldü.
1998-Rotavirüs
infeksiyası peyvəndi kəşf edildi.
1998-Borellioz
(Layma xəstəliyi) peyvəndi kəşf edildi.
1999-Rotavirüs
peyvəndinin istifadə edilməsi qadağan olundu.
2000-ABŞ-da
canlı poliomielit peyvəndinin tətbiq olunması dayandırıldı.
2000-Uşaqlar
üçün pnevmokokk infeksiyası peyvəndinin kəşfi.
PEYVƏNDLƏR HAQQINDA ÜMUMİ MƏLUMATLAR
İmmunoprofilaktika – immunitetin süni yolla yaradılması
və ya gücləndirilməsi ilə əhalinin yoluxucu xəstəliklərdən
fərdi və ya ictimai qorunması metodudur.
İmmunoprofilaktikanin formaları
1. spesifik
–törədiciyə qarşı.
·
Aktiv – peyvənd edilərək
immunitet yaradılması;
·
Passiv –serum və ya gammaglobulin verilərək immunitet yaradılması;
2. qeyri
spesifik – ümumi immun sistemi aktiv vəziyyətə gətirərək
Peyvəndləmə (vaksinasiya) nədir?
Peyvəndləmə
– tibbdə yoluxucu xəstəliklərdən qorunmanın en efektiv və ekonomik yoludur.
Peyvəndləmənin ümumi prinsipi
fərdə zəiflədilmiş və ya öldürülmüş törədicinin
(və ya törədicinin proteinine uyan suni protein) verilməsidir
ki, bu da xəstəliklə savaş üçün antitel yaranmasını stimulə
edir.
“Kollektiv “ immunitet
İnsanlar arasında peyvənd almışlar ne qədər
çox olarsa hər hansı bir epidemiyanın ortaya çıxması ehtimalı o qədər az olur. Məsələn
əgər bir uşaq peyvənd almamişsa amma ətrafındakıların hamısı
peyvəndlənmişsə peyvənd
almamış uşaq xəstəlikdən
qorunmuş haldadır (çünki yoluxduracaq kimse yoxdur).
Peyvəndləmə və
Revaksinasiya
Vaksinasiya bəzən 1 doza (qızılca,
parotit, vərəm) bəzən isə çox doza (poliomielit, AKDS)
ola bilər, bu neçə dəfə peyvənd aldıqdan sonra
immunitetin ortaya çıxmasına bağlıdır. Revaksinasiya isə keçmiş
vaksinasiyadan sonra ortaya çıxmış immunitetin qorunması üçündür. Adətən vaksinasiyadan bir neçə
il sonra tətbiq olunur.
Peyvəndləmənin effektivliği
Peyvənddən
sonra immunitet – peyvənd tətbiq olunduqdan sonra ortaya çıxan
immunitetdir.
Peyvəndləmə hər zaman
effektiv olmur. Peyvəndlər düzgün mühafizə edilmədiyi zaman
keyfiyyətini itirir. Amma bəzən peyvəndlər düzgün
mühafizə edildiyi zaman belə immunitet ortaya çıxmır.
Peyvənddən sonra immunitetin
ortaya çıxmasına bir çox faktor təsir göstərir:
1. dozaya bağlı faktorlar
·
preparatın saflığı;
·
doza;
·
peyvəndləmənin neçə dəfə
tətbiq olunması
2. organizmaya bağlı faktorlar
·
ferdi immun reaktivlik durumu;
·
yaş;
·
immun yetməzliyinin olması;
·
organizmanın ümumi durumu;
·
genetik durum.
3. xarici muhite bağlı faktorlar
·
gidalanma ;
·
iş və həyat şəraiti;
·
iqlim;
·
muhitin fiziki-kimyəvi faktorları.
1) Canlı peyvəndlər
. Tərkibi zəiflədilmiş
canlı mikroorganizmlərdir. (Məs:poliomielit, qızılca, parotit, məxmərək
və vərəm).
2) İnaktivə
edilmiş (öldürülmüş) peyvəndlər.
Öldürülmüş mikroorganizmlərdən hazırlanır. (məs:
quduza qarşı İEV, Hepatit.A-ya qarşı peyvənd), onları fiziki (istilik,
radiasiya, şüa) və ya kimyəvi (spirt, formaldehit ) metotlarla öldürürlər. Bu preparatlar
reaktogen olduğundan az istifadə edilir.
3) Kimyəvi peyvəndlər.
Törədicinin hüceyrə divarının
komponentlerindən ibarətdir. Məs. göyöskürək,
hemofilus infeksiyası, meningokok infeksiyasına qarşı peyvəndlər..
4) Antitoksinler
. Bakteriyaların istehsal etdiyi toksinlerin
(zəhərlərin) inaktivə edilmiş formasından ibarətdir.
Bu işlənmədən sonra zəhərlərin toksikliyi itir,
amma immunogenliyi qalır. Məs. Difteriya və tetanus peyvəndləri.
5) Vektor (rekombinant)
peyvəndləri. Gen mühendisliyi
metoduyla alınmış peyvəndlərdır. Bu metodda virulent
mikroorganizmanın protektiv antitel sintez edən genləri zərərsiz
bir mikroorganizmə köçürülür. Məs. Hepatit B, rotavirus infeksiyası
peyvəndi.
6) Sintetik peyvəndlər
– mikroorganizmaların antitel determinantlarının süni yolla alınmış
formalarından ibarətdir
7) Assosə
edilmiş peyvəndlər.
Bir çox fərqli komponentdən ibarət peyvəndlər (AKDS).
PEYVƏNDLƏR ARASI İNTERVALLAR.
İki inyektə
edilen canlı peyvəndin tətbiq olunması arasındaki interval 4 həftədən
az olmamalıdır. Çünki əgər peyvəndlər 4 həftədən
az arayla tətbiq olunursa ikinci dozaya immun cavab yetərli olmaya
bilər.
İnyektə edilən və oral yolla
verilən canlı peyvəndlər arasında tərs təsir aşkar
edilməmişdir, buna görə 4 həftə araya gərək
yoxdur.
İki inaktivə edilmiş peyvəndin
eyni zamanda tətbiq olunması (məsələn: vəba və
sarı qızdırma peyvəndləri) immun cavabın yavaşlamasına səbəb
olur. Bunlar arasında minimal interval 3 həftə olmalıdır.
Eyni peyvəndin iki dozası arasında interval və ilk peyvəndləmə üçün minimal yaş.
Peyvəndlərın bəli intervaldan
erkən arayla tətbiq olunması immun cavabı zəiflədə bilər.
Bəzi peyvəndlərın (məs. ADS, tetanus peyvəndi) tətbiq
olunmasında lokal və sistem reaksiyaları da görülə bilər
PEYVƏND |
İlk dozu almaq üçün minimal yaş. |
I və II peyvənd arası minimal interval. |
II və III peyvənd arası minimal interval. |
III və IV peyvənd arası minimal interval. |
AKDS (ADS) |
4 həftə |
4
həftə |
4
həftə |
12
ay; I və II revaksinasiya arası
- 4 il; II və III revaksinasiya
arası - 5 il; sonralar - 10 il; |
OPV |
4 həftə |
4 həftə |
4 həftə |
6 ay |
İPV |
4 həftə |
4 həftə |
4 həftə |
6 ay |
Qızılca, Parotit,
Məxmərək |
12 ay |
1 ay |
- |
- |
Hepatit В |
Doğulduğu zaman |
1 ay |
2 ay |
- |
Hər bir ölkə əhalinin planlı kütləvi peyvəndlənməsi
üçün öz peyvənd təqvimini istifadə edir. Ayrıca peyvəndlərın
peyvənd təqviminə daxil edilməsinin lüzumluluğu, peyvəndləmə
müddəti və sxeması birçox amillərə bağlıdır: xəstələnmə
səviyyəsi, infeksiyanın gedişinin ağırlığı, xəstələnmə
riski, immunitet yaranmasının yaş fərqlilikləri və peyvəndləmənin yan təsirləri, ananın antiteline təsiri,
peyvənd sonrası ağırlaşmaların yaranma riski, peyvəndlə təminat
imkanları..
Yoluxucu xəstəliklərın peyvənd
profilaktikası planlı peyvənd və
epid göstəriş üzrə peyvənd çərçivəsində həyata
keçirilir..
Planlı peyvəndləra ölkənin bütün rayonlarında peyvənd
təqvimine görə tətbiq olunan peyvəndlər aiddir.
Epidemioloji göstərişlə bu və diger xəstəliyin
sıx görüldüyü bölgələrdə yaşayan əhali, yüksek risk grupuna
daxil insanlar, ətrafdakılar üçün təhüikəli ola biləcək
xəstəliyi olan insanlar peyvəndlənirlər.
Epidemioloji göstərişlə
peyvəndlər xoşagəlməz epidemioloji hallar yarandıqda (məs. grip,
meningit), və ya infeksiya
dvaksinicısı olan şəxslərlə kontaktda olan insanlara (məs,
tetanus, quduz) tətbiq
olunur..
TÜRKİYƏ
PEYVƏND TƏQVİMİ (SƏHİYYƏ NAZİRLİYİ)
Normal Peyvənd Təqvimi
2 ayliq BCG, AKDS, OPV
3 aylıq
AKDS OPV
HBV
4 aylıq
AKDS OPV
HBV
9 aylıq
Qızılca + HBV
16-24 aylıq AKDS OPV
1-ci Sinif (7 yaş) ADS OPV BCG Qızılca
5-ci Sinif (12 yaş) Tetanus
9-cu sinif Tetanus
Böyüklər Tetanus (həyat boyu 10 ilaralarla)
Hamilələrə ilk izləmədə
1 doza, 4 həftə sonra ikinci doza tetanus peyvəndi
Hamiləlikdə tetanus (peyvəndləmə
durumuna görə gərək varsa, 1 doza və ya 2 doza)
Peyvəndləmə durumu dəqiq bilinməyən
uşaqlar üçün
<7 yaş
İlk qarşılaşma AKDS+OPV+HBV+BCG+Qızılca (9 aylıqdan böyük isə)
1 ay sonra AKDS+OPV+HBV
2 ay sonra AKDS+OPV
8 ay sonra AKDS+OPV+HBV
4-6 yaş
AKDS+OPV+Qızılca+BCG
7 yaşdan böyük
İlk karşılaşma Tetanus+HBV+OPV+Qızılca
2 ay sonra HBV+OPV+Tetanus
8 ay sonra
HBV+OPV+Tetanus
RUSİYA PEYVƏND TƏQVİMİ
Yaş |
Peyvənd |
12saat |
Hepatit B |
3-7 gün |
Vərəm |
1 ay |
Hepatit B (2. doza) |
3 ay |
AKDS, Poliomielit (ilk doza) |
4.5 ay |
AKDS, Poliomielit (2. doza) |
6 ay |
AKDS, Poliomielit (3. doza) |
12 ay |
Qızılca. Məxmərək,
Parotit (MMR) |
18 ay |
Revaksinasiya AKDS, Poliomielit (ilk
doza) |
20 ay |
Revaksinasiya Poliomielit (2. doza) |
6 yaş |
Qızılca, Məxmərək,
Parotit (MMR) (2.doza) |
7 yaş |
Revaksinasiya Vərəm
(1. doza) Revaksinasiya BT
(2.doza) |
13 yaş |
Məxmərək (qızlar) Hepatit B (peyvənd
almamışlar) |
14 yaş |
Revaksinasiya BT
(3. doza) Revaksinasiya Vərəm Revaksinasiya
Poliomielit (3. doza) |
Böyüklər |
Hər Son peyvəndləmədən
10 il sonra ADS revaksinasiya |
Qeydlər:
1. Hepatit
B dvaksinicısı olan və ya 3.
trimestrdə hepatit B ilə xəstələnmiş anaların uşaqları
0-1-2-12 ay sxemasıyla hepatit B peyvəndi almalıdırlar.
2.13
yaşında Hepatit B peyvəndi əvvəllər peyvənd
almamışlara 0-1-6 ay sxemasıyla tətbiq olunur.
3. Məxmərək
peyvəndi 13 yaşında əvvəllər peyvənd almamış və
ya bir doza peyvənd almış qızlara tətbiq olunur.
ABŞ PEYVƏND TAKVİMİ
Birleştirilmiş hücreler peyvəndləmənin mümkün
intervalını gösterir.
Yaş Peyvənd |
Yeni doğulmuş |
1 ay. |
2 ay |
4 ay |
6 ay. |
12 ay. |
15 ay. |
18 ay. |
24 ay. |
4-6 yaş |
7 yaş |
11-12 yaş |
14-16 yaş |
|
|||||||||||||
Difteriya,göyöskürək, tetanus |
|
|
AKDS |
AKDS |
AKDS |
|
AKDS |
|
AKDS |
|
tetanus |
||
poliomielit (2) |
|
|
İEV |
İEV |
poliomielit |
|
poliomielit |
|
|
|
|||
Qızılca, parotit, məxmərək |
|
|
|
|
|
+ |
|
|
+ |
|
|
|
|
Hepatit В (1) |
+ |
|
|
|
|
|
|
|
|
|
|
||
|
+ |
+ |
|
|
|
|
|
||||||
Hemofil B infeksiyasi |
|
|
+ |
+ |
+ |
+ |
|
|
|
|
|
||
Su çiçəyi (4) |
|
|
|
|
|
+ |
|
|
|
|
|
Qeydlər:
1)
HbsAg-Mənfi anaların uşaqları II dozanı I dozadan sonra bir aydan tez
olmayaraq almalıdırlar, III peyvəndləmə I peyvəndləmədən
4 aydan, II peyvəndləmədən 2 aydan tez olmayaraq, ancaq 6
aylıqdan gec olmayaraq olmalıdır.
HbsAg-Müsbət
anaların uşaqları hepatit B peyvəndini və antihepatit gammaglobulini
doğulduqdan sonra 12 saatda almalıdırlar. II peyvəndləmə 1
aylıqda, III peyvəndləmə 6.cı aylıqda tətbiq olunmalıdır..
Hepatit B
peyvəndiylə peyvəndləmə hər yaşda aparıla bilər.
2) ABŞ’da
ilk 2 peyvəndləmə inaktivə edilmiş peyvəndlə
(İEV) tətbiq olunur.Sonrakı aşılanmada oral poliomielit peyvəndi
(OPV) istifadə edilir.İmmun yetməzliyi olan insanlara yalnız İEV
verilməsi məsləhət görülür.
4)Su çiçəyi
peyvəndiylə 1 yaşdan başlayaraq hər yaşta peyvənd olunmaq
mümkündür. 13 yaşdan böyük şəxslər 2 doza almalıdırlar(ara-1 ay).
Avropa ölkələrinde
hansı peyvəndlər tətbiq olunur.
ÖLKƏ
|
BCG |
AKDS
|
Poliomielit
|
Qızılca,parotit,
Məxmərək(MMR) |
Hemofil
B infeksiyası |
Hepatit
В |
Avstriya
|
|
|
|
|
|
|
Belçika |
|
|
|
|
|
|
Danimarka
|
|
|
|
|
|
|
Finlandiya |
|
|
|
|
|
|
Fransa |
|
|
|
|
|
|
Almaniya
|
|
|
|
|
|
|
Yunanıstan
|
|
|
|
|
|
|
İrlandiya |
|
|
|
|
|
|
İtaliya
|
|
|
|
|
|
|
Lüksemburq
|
|
|
|
|
|
|
Niderland
|
|
|
|
|
|
|
Portugaliya
|
|
|
|
|
|
|
İspaniya
|
|
|
|
|
|
|
İsveç
|
|
|
|
|
|
|
Böyük
britaniya |
|
|
|
|
|
|
Sarı rəng
yalnız risk grupunun peyvəndləndiyini ; Tünd rəng peyvənd
planıyla hamının peyvəndləndiyini göstərir.
EKSTREN PROFILAKTİKA
Planlı
profilaktik peyvəndlərdan fərqli olaraq ekstren profilaktika
aşağıdakı hallarda istifadə edilir:
Hepatit В-temas
olduqda I sutkada (ancaq 48 saatdan gec olmayaraq) peyvəndləmə
eyni zamanda spesifik immunoglobulinin verilməsi (bədənin fərqli
yerlərindən) üstünlük verilir
.
Dfteriya:
Difteriya epidemiyası yarandıqda:
Göyöskürək: peyvənd almamış uşaqlara normal insan immunoglobulini
tətbiq olunur. Peyvənd kontaktdan həmən sonra iki dəfə 24 saat arayla tətbiq
olunmalıdır.
2 həftə
eritromisin’in yaşa uygun dozaları da verilməlidir.
Qızılca: -Qızılca peyvəndindən
sonra xəstələnməmış və 12 aylıqdan böyük uşaqlarda
yeniyetmələrdə, yaşlılarda ilk 3 gündə ağrısız qızılca
simptomları ola bilər.
Məxmərək
-Əgər kontakta olan hamilə
kadın hamiləliyin kesilmesine (düşük) qarşıdırsa o zaman ona ekstren
profilaktika olaraq normal insan immunoglobulini inyektə edilir. Amma
bunun təsirsi olmaya bilir və ozaman uşaq məxmərəklə
xəstə olaraq doğulur.
Parotit -Parotit peyvəndindən sonra
immunitet yavaş yarandığı üçün parotitin postekspozisya profilaktikası az
effektivdir
Poliomielitmielit -xəstə
ilə kontaktan sonra az zamanda peyvənd tətbiq olunmalıdır (bir dəfə).
Peyvənd almamış şəxslər da normal insan immunoglobulini
almalıdır.
Tetanosun ekstren profilaktikası yad cisimləri
və nekroz sahələrini kənar etməklə yaranın
birincili işlənməsi və tetanus əleyhinə spesifik
immunitet əldə etməkdən ibarətdir.
Tetanosun
ekstran profilaktikası aşağıdakı hallarda tətbiq olunmalıdır:
·
Dəri və mukozanın zədələnməsi
travmaları;
·
II,III,IV dərəcəli yanıqlar və
donmalar;
·
Xəstəxanadan kənarda abortlar
və doğuşlar;
·
Toxumaların qanqrena və nekrozu;
·
abseslər;
·
mədə bağırsaq traktının deşilmiş
(nüfuz etmiş) yaraları;
·
heyvan dişləmələri;
Tetanusun ekstren profilaktikasına əks
göstərişlər :
1. Tətbiq
olunacaq vaksinə həssaslıq olması.
2.
Hamiləlik: 1.nci yarıda Tetanus anatoksini və Tetanus Əleyhinə
At Serumu (TƏAS), 2.nci yarıda TƏAS tətbiq olunması əks
göstərişdir.
QUDUZ - Profilaktika:
En yaxşı preventiv tədbir yaranın yerli
işlənməsidir. Yoluxmuş nahiyəyi tez və diqqətlə
yumşaq tibb sabununun 20%.li məhlulu ilə təmizləmək
lazımdır. Dərin dişlənmiş yaraları kateterlə sabunlu su şırıngası ilə yumaq
lazımdır. Yaranın yandırılması və tikilməsi məsləhət
görülmür.
Spesifik profilaktika.(İG + vaksin):
En yaxşı
spesifik profilaktika sonrakı aktiv
immunizasiya (peyvəndləmə) ilə antirabik İG və ya
antirabik serumla (zərdabla) passiv immunizasiyadır. Passiv və aktiv
immunizasiya eyni zamanda tətbiq olunmalı, amma fərqli preparatlar
eyni yerə enyekte edilməməlidir.
Göstərişlər:
Ümumi ikincilncil profilaktikayı (vaksinoprofilaktika)
aşağıdaki hallarda tətbiq etmək lazımdır:
·
Quduz olduğu bilinən, quduza şübhəli heyvanların dişləmələri və
dırnaqlamaları zamanı;
·
Quduz ya da quduza şübhəli heyvanların
ağız suyu, beyni ilə kirlənmiş əşyalarla yaralanma;
·
Paltardan kecən dişləmələrdə,
əgər dişlə
yırtılmışsa;
·
Heyvanlar dişlədikdən və ya
cırmaqladıqdan sonra 10 gün ərzində xəstələnmiş və
ya itkin düşmüşsə;
·
Vəhşi gəmiricilərin dişləməsi
zamanı;
·
Quduzla xəstə insanın dişləməsi
və ya dərini zədələməsi zamanı.
Ne zaman peyvəndə ehtiyac yoxdur:
·
Dişləmə zamanı dəri zedelenmemişse;
·
Son 2 ildə quduz xəstəliyinın
görülmədiyi bölgələrdə
ev siçanlarının dişləməsi zamanı;
·
Quduz heyvanın təsadüfən ətinin
bişirilib yeyilməsi və ya südünün içilməsi;
·
Əgər dişləmədən 10
gün sonra heyvan xəstələnməmişsə;
·
Heyvan xəstələnmədan 10
gün və ya daha çox zaman öncə dişləmişsə;
Aktiv immunizasiya tez başlamalıdır. Peyvənd
əzələ içinə (i.m) 1ml olmaqla, 5 dəfə 1, 3, 7,
14, 28-nci günlərdə tətbiq olunur. Bu sxemayla peyvəndləmədən
sonra hər zaman kafi dərəcədə immunitet ortaya çıxır,
ona görə rutin seroloji muayinələrə gərək qalmır.
ÜST 1.nci dozadan 90 gün sonra 6.ncı doza peyvəndin tətbiq olunmasını
məsləhət görür.
İnyeksiya yerində ağrı, şişkinlik kimi
zəif simptomlar görülə bilər. Bəzən bu reaksiyalar
güclü ola bilər. Bunlardan başqa vücud temperaturunun 38˚C-yə qədər
yüksəlməsi, artrit və dispeptik pozuqluqlar da görülə bilər.
Bəzən baş ağrısı, zəiflik, titretme, mialgiya və allerjik
reaksiyalar da görülə bilər.
Digər peyvəndlərın antirabik
peyvəndlə eyni zamanda tətbiq olunmasına izin verilməməlidir.
Ancaq bəzən tetanus peyvəndi tətbiq oluna bilər.
Quduzla xəstələnənlərə peyvənd vurulmur.
Hemofil B infeksiyası-Xəstə
ilə kontakta olan uşaqlar 4 gün rifampisin almalıdırlar.
Hepatit А-Hepatit
A ilə xəstəylə kontakta olmuş şəxsləra normal
insan immunoglobulini ilə birdəfəlik peyvənd tətbiq
olunmalıdır. İG.nin dozası yaşa bağlı olaraq deyişir. Hepatit A-nın
profilaktikası üçün təkrar peyvəndləmə göstərişlə
2 aydan tez olmamaqla tatbiq oluna bilər.
Gənə ensefaliti-Ekstren
profilaktika gənə dişləməsindən sonra 96 saat içində
spesifik İG ilə tətbiq olunur. Dişləmənin 4.cü günündən
28 sutkaya qədər (xəstəliyin inkubasiya (gizli) dövrü) peyvənd
vurulmamalıdır əks halda xəstəliyin gedişini ağırlaşdıra bilər.
Meningokok
infeksiyası-6
ay-7 yaş arası kontaktan 7 sutkadan gec olmayaraq bir dəfə normal
insan İG.i almalıdırlar. İnfeksiya ocağında daşıyıcılar 4 gün ampisilin, qapalı
kollektivlərdə yaşlılar rifampisin almaqla profilaktik müalicə
alır. Xarici ölkələrdə isə xəstəylə kontakta
olan bütün uşaqlar 2 gün rifampisin almaqla profilaktik müalicə görür.
Grip-Gripin,
ayrıca da onun toksik formasının ekstren profilaktikası üçün grip əleyhinə
insan İG.i və ya normal insan İG.i istifadə edilir. Həmçinin
gripin profilaktika və müalicəsi üçün interferon və remantadin,
və ya amantadin preparatları da istifadə edilir.
HAMİLƏLƏRİN PEYVƏNDLƏNMƏSİ
Hamiləlikdə
peyvəndləmə
Hamiləlik zamanında
peyvəndləmə riski daha
çoxdur. Hamilələrdə aşağıdakı hallarda potensial zərər
ola bilər;
а). Böyük ehtimalla xəstəliyə
yaxalanma ehtimalı varsa;
б). İnfeksiya ana və
uşaq üçün əhəmiyyətli zərərli təsir göstərə
bilərsə.
Canlı peyvəndlər
(qızılca, parotit, məxmərək, su çiçəyi, poliomielit) hamilələrə zərərlidir. Çünki zəifləmiş
virusun bətndəki uşağa keçməsi riski vardır. Əgər
hamilə qadına peyvənd vurulmuşsa və ya peyvəndləmədən sonra 3 ay müddətində
hamilə qalmışsa mümkün zərərli təsirlər haqda məlumat
verilməlidir. Ancaq çox zaman hamiləliğin kəsilməsi
problemi ortaya çıxmaz.
Quduz ; Tətbiq oluna bilər; Quduz xəstəliyi
letal sonluqla nəticələnə bildiyi üçün peyvəndləmə
həyati əhəmiyyət kəsb edir. Ona görə peyvəndləmə
ilə dölün inkişafındakı gerilik arasında əlaqə sübut edilməmişdir.
Hepatit А; Hepatit A peyvəndinin
təhlükəsizliyi sübut edilməmişdir. Ancaq peyvənd inaktivləşmiş
viruslardan hazırlandığı üçün dölün inkişafına təsir göstərmə
riski nəzəri olaraq çox aşağıdır. Qərar alındıqda
peyvəndləmə və yoluxma riskləri qarşılaştırılmalıdır.
Hepatit В; Tətbiq oluna bilər ; Aparılan müşahidələrə
görə Hepatit B əleyhinə peyvəndləmə döl üçün risk
sayılmır. Bu peyvənd HepatitB ilə xəstələnmə
ehtimalı yuksək olan qadınlara məsləhət görülür.
Bütün hamilələr məxmərəyə
immunitetin mevcudluğu və hepatit B virusunun antitelinin olmadığına aid
tibbi müayinələrden keçməlidirlər. Əgər hamilə
hepatit B virusu ilə yoluxmuşsa uşaq doğulduğu andan etibarən
hepatitB əleyhinə İG almalı və bu xəstəlik üçün peyvəndlənməlidir.
Grip ; Tətbiq oluna bilər ;
Hamiləliyin II və III trimestrinde griply xəstələnmə
ciddi fysadlar very bilər. Ona görə bir çox dövlətdə hamilələrin
peyvəndlənməsi məsləhət görülür.
Grip fəsadının olma ehtimalı yüksək olan hamilə
qadınlar hamiləliyin dövründən asılı olmayaraq peyvəndlənməlidir.
2000.dən çox hamilə qadında aparılan muayinələr zamanı dölə
heç bir zərərli təsiri olmadığı muəyyən edilmişdir.
Məxmərək,
Parotit; Tətbiq
olunmamalıdır;
Hamiləlik qızılca, məxmərək, parotit
peyvəndləri üçün əks göstəriş sayılır.
Meningit ; Tətbiq oluna bilər; Muayənələr
meningit peyvəndi ilə peyvəndləmənin təhlükəsiz
və effektiv olduğunu göstərmişdir.
Pnevmokokk; Pnevmokokk peyvəndi pnevmokokk
infeksiyasına yoluxma və fəsadlarına risk daşıyan qadınlara tətbiq
oluna bilər.
Poliomielit; Peyvəndin
hamilələrə verilməsindən sonra yan təsirlər
olmadığına baxmayaraq hamilələrdə peyvəndləmə
vacib deyil. Amma hamilənin poliomielit ilə xəstələnmə
riski yüksəksə peyvənd verilməlidir.
Tetanus/difteriya; Tətbiq oluna bilər ;
Tetanus və difteriya anatoksini planlı şəkildə
peyvənd almamış hamilə qadınlarda tətbiq olunması lüzumlu olan
peyvənddir. Öncədən peyvəndlənmiş qadınlar, əvvəlki peyvəndləmədən 10 ildən
çox keçmişsə yenidən tetanus peyvəndi almalıdırlar. Məsləhət
görülən peyvəndləmə zamanı-ikinci trimestr.
Vərəm ; Tətbiq olunmamalıdır; Arzuedilməyən
yan təsirləri aşkar edilməməsinə baxmayaraq hamilələrdə
peyvəndləmə aparılmaması uyğun görülür.
SUD VERƏN ANALARDA
PEYVƏNDLƏMƏ
Öldürülmüş və canlı
vaksinlər sud verən ana və uşağa təhlükəli təsir
göstermir. Süd vermə hər hansı bir peyvənd üçün əks göstəriş
deyildir. Sud əmən uşaqlar təqvimə uyğun peyvəndlənməlidir.
Ölü və ya inaktiv virus
vaksinlərindəki viruslar organizmə düşdükdə çoxala bilmirlər
və ana və uşaq üçün təhlükəli deyil. Canlı vaksinlər
anə organizmində çoxalsa belə südlə uşağa keçmir. Məxmərək
virusu südlə uşağa keçsə də uşaq ya xəstələnmir,
ya da xəstəlik yüngül seyr göstərir və sürətlə
sağalma olur.
PEYVƏNDLƏMƏ
ARDICILLIĞINA UYULMAMIŞ ŞƏXSLƏRDƏ TAMAMLAMA
Bir peyvəndin tətbiq
olunmamış olması bütün təqvimdə göstərilən peyvəndlərın
alınmasını lazım olduğunu göstərmir. Tətbiq olunmayan vaksini
qanunauyğun aralarla vermək yetərlidir.
Vərəm-Əgər
peyvəndləmə müddətindən 2 ay keçmiş isə peyvənd
Mantu sınağının nəticələrinə görə tətbiq
olunmalıdır. Əgər uşaq
vaksini zamanında almamışsa hər yaşta BCG ilə peyvənd etmək
mümkündür
Poliomielit-Əgər
ilk 3 doza peyvənd arası interval çox olmuşsa o zaman revaksinasiya
vaksinasiyadan sonra 3 aydan tez aparıla bilər. Mümkün olduğu qədər
zamanında peyvənd almamış uşağın 7 yaşa qədər 5 doza peyvənd
almasını həyata keçirmək lazımdır.
Göyöskürək,
Difteriya, Tetanus-Əgər uşaq 4 yaşa qədər
2 doza AKDS almışsa ozaman III dozu və revaksinasiyanı tətbiq etməyə
ehtiyac yoxdur. Bu uşaq göyöskürək peyvəndini almamış sayılır. Bu
halda revaksinasiya ADS peyvəndiylə davam etdirilməlidir. Əgər
uşaq 1 doza AKDS peyvəndi II dozanı isə ADS peyvəndi almışsa, o
zaman revaksinasiya 9-12 ay sonra ADS peyvəndiylə tətbiq
olunmalıdır. Əgər uşaq 1 yaşa qədər 3 doza AKDS almışsa
amma revaksinasiya zamanında (4 yaşa qədər) olmamışsa, o zaman peyvəndləmə
ADS ilə olmalıdır. Çünki 4 yaşdan sonra göyöskürək peyvəndi tətbiq
olunmur.
Qızılca, Parotit -Peyvənd
ardıcıllığının pozulması zamanı ilk imkan olduğu zaman peyvənd tətbiq
olunmalıdır.