Dr.Məharət RZAYEV
VƏRƏM XƏSTƏLİYİ
GİRİŞ
Vərəm xəstəliyinin törədicisi Mycobacterium tuberculosis-dir.
Vərəm xəstəliyi ən çox ağciyərlərlə görülməklə birlikdə bütün orqanlarda ola bilər. Müalicəsi yarımçıq qoyulsa və ya müalicə olunmasa ölümə səbəb olur.
Vərəm
xəstəliyi müalicə oluna bilən bir xəstəlikdir. Vaxtinda
və uyğun müalicə ilə xəstələr 100% sağala bilərlər.
DÜNYADA VƏRƏM XƏSTƏLİYİNİN VƏZİYYƏTİ
Dünyanın hər yerində vərəm xəstəliyi vardır.
Dünyada hər il 8,4 milyon insan bu xəstəliyə yoluxur, və
xəstələnənlərin 2 milyonu bu xəstəlikdən
ölür. Dünyadakı bütün xəstəliklərin 2,6%-ini, qarşısı alına bilən
xəstəliklərdən 26%-ini vərəm xəstələri
təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatı vərəm xəstəliyi
üçün “fövqəladə vəziyyət” elan etmişdir. Çünki dünyada vərəm
xəstələrinin sayı ildən ilə arttır.
Dünyada vərəm xəstəliyi ən çox Cənub-Şərqi Asiya və Afrikadadır. Hər il Hindistanda 1,8 milyon, Çində 1,3 milyon, İndoneziyada 590.000, Nigeriyada 327.000, Banqladeşdə 306.000 yeni xəstə ortaya çıxır. Dünyadakı vərəm xəstələrinin təxminən 80%-i 22 ölkədə yaşayır.
VƏRƏMİN YOLUXMA YOLU
Vərəm xəstəliyinin infeksiya mənbəyi müalicə olunmamış aktiv ağciyər və qırtlaq vərəmi olan xəstələrdir. Yoluxma şəkli isə hava yoludur. Xəstələr mikrobu öksürük, aqsırıq, danışıq zamanı ətrafa yayırlar. Və sağlam insanlar bu mikroblu havayla tənəffüs edərək xəstəliyə yoluxurlar.
Küçədə, avtobusda, yeməkxanada öskürən bir xəstədən yoluxma ehtimalı çox azdır daha çox yoluxma vərəm xəstələri ilə uzun müddət eyni evdə yaşamaq, eyni otaqda işləməklədir.
Çəngəl, qaşıq, boşqb, stəkan, geyim kimi əşyalarla yoluxma ehtimalı yoxdur.
"VƏRƏM İNFEKSİYASI"
Vərəm mikrobu orqanizmə daxil olduqdan sonra aylarla, illərlə xəstəlik törətmədən orada yaşaya bilər. İnsanın mühafizə sistemləri törədicini passiv bir şəkildə saxlayırlar. Orqanizmin immun sistemi güclüdürsə xəstəlik törədicisi olsa belə xəstəlik olmaz. Bu insanlarda tuberkulin (PPD) testi müsbət ola bilər. Bu vəziyyətə “vərəm infeksiyası” deyilir.
VƏRƏM XƏSTƏLİYİ
Orqanizmdəki vərəm mikrobları aktiv hala gələrək xəstəliyə səbəb olurlər. Vərəm xəstəliyi ən çox ağciyərlərdə olur. Xəstəlik olma ehtimalı olan digər orqanlar isə limfa düyünləri, plevra, sümüklər, böyrəklər, beyin qişasıdır. Xəstələnən orqanlarda şiddətli bir iltihab olur. Orqanların iş rejimi pozulur.
Xəstəliyin
gizli dövrü fərqli ola bilər. Orqanizmin immun sisteminin gülcü və
ya zəif olması inkubasiya müddətini artırıb-azalda bilər. Mikrobla
infektə olanların sadece 10%-i bu bu xəstəliklə xəstələnirlər.
Xəstəliyin ortaya çıxmasını sürətləndirən və immun
sistemi zəiflədə xəstəliklər və amillər
vardır. Bunlardan ən təhlükəlisi QİÇS-dir (AİDS, SPİD). Bundan başqa
şəkər xəstəliyi, böyrək xəstəliyi, bəzi
xərçənglər, uyuşdurucu istifadəsi, alkoqolizm, siqaret çəkmək
və s. Kimi amillər xəstəliyin ortaya çıxmasına kömək edir.
VƏRƏM DİAQNOZU.
Vərəm xəstəliyinə diaqnoz bəlğəmdə mikrobun görülməsi ilə qoyulur. Xəstələrdə bu şikayətlər ola bilər:
Şikayətlər zəif başlayır və yavaş-yavaş artır. Buna görə də xəstələr həkimə getməyə gecikirlər. Bəzən siqaretə bağlı olaraq bu şikayətlərin ortaya çıxdığını düşünürlər. Bu səbəblə də xəstəliyin müalicəsinə gec başlanılır. Amma zamanında müalicəyə başlanılarsa müalicəsi daha asan olmaqdadır.
MÜALİCƏ
Mikrobları təsirli bir şəkildə öldürmək üçün müalicədə
4 dərman istifadə edilir. Müalicə müdəti ən az altı
aydır. Bəzi xüsusi hallarda həkiminiz müalicə müddətini uzada
bilər.
İstirahət, xüsusi qidalanma, iqlim və stres kimi amillərin vərəmin müalicəsində çox əhəmiyyəti yoxdur. Ancaq müalicə olunmaq üçün dərmanları vaxtında və ara vermədən almaq lazımdır.